ABŞ zərbələr endirdi, İranda partlayış səsləri eşidildi

ABŞ zərbələr endirdi, İranda partlayış səsləri eşidildi

ABŞ Silahlı Qüvvələri ardıcıl beşinci gecədir ki, İrandakı hədəflərə qarşı yeni zərbələr dalğasına başlayıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

İranın “Mizan” xəbər agentliyinin yaydığı məlumata görə, hücumlar zamanı ölkənin Bəndər-Abbas şəhərinin qərb hissəsində güclü partlayış səsləri eşidilib.

Mərkəzi Komandanlıq hərbi əməliyyatlar çərçivəsində müəyyən olunmuş hədəflərə hava zərbələrinin endirilməsinin davam etdirildiyini bildirib.

Mənbə: qafqazinfo.az