İran ABŞ komandanlıq mərkəzinə zərbə endirib - Ölənlər var

İran ABŞ komandanlıq mərkəzinə zərbə endirib - Ölənlər var

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-nin İran ərazisinə hücumlarına cavab olaraq Suriyanın cənub-qərbindəki Ət-Tanf bölgəsindəki ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı mərkəzinə zərbə endirib.

Bu barədə Press TV məlumat verib.

İİKK-nın açıqlamasına görə, hücum Aerokosmik Qüvvələr tərəfindən həyata keçirilib və nəticədə bir radar stansiyası, bir neçə helikopter və xeyli sayda hərbçi məhv edilib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı daha bir böyük zərbə dalğasını tamamlayıb ki, bu da son gecələrdə altıncı zərbə olub.

Mənbə: unikal.az