Ukrayna Moskvanı vurmaq üçün unikal PUA-lar hazırladı - 600 km uça bilir

Ukrayna Moskvanı vurmaq üçün unikal PUA-lar hazırladı - 600 km uça bilir

Ukraynanın "SkyFall" şirkəti Rusiyaya hücumlar üçün yeni uzunmənzilli zərbə silahı hazırlayıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Şirkət nümayəndələri izah ediblər ki, sözügedən dronun qadanlarının uzunluğu təxminən 3,5 metrdir və 600 kilometr məsafəyə uça bilir.

Onun seriyalı istehsalına bir neçə ay ərzində başlanacağı gözlənilir. Nəşr qeyd edir ki, silah artıq döyüş sınaqlarından keçir.

Şirkət həmçinin daha sürətli və tam avtonom olması gözlənilən P1-SUN dronunun yeni versiyasını sınaqdan keçirməyin son mərhələsindədir.

Müəllif: Tural

Mənbə: publika.az