ABŞ İrana zərbələrdə ilk dəfə B-1 strateji bombardmançısından istifadə edib - FOTO

ABŞ İrana zərbələrdə ilk dəfə B-1 strateji bombardmançısından istifadə edib -

ABŞ yeni mərhələdə davam edən münaqişə dövründə ilk dəfə olaraq İrana qarşı zərbələr endirmək üçün B-1 strateji bombardmançısından istifadə edib.

Bu barədə Axios portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə qarşı B-1 bombardmançısının tətbiqi ABŞ-ın hərbi əməliyyatlarında nəzərəçarpacaq eskalasiya hesab olunur.

Məlumata əsasən, B-1 ABŞ arsenalındakı bombardmançılar arasında ən böyük döyüş yükünü daşımaq imkanına malikdir. Təyyarə 24 ədəd 2 min funtluq aviasiya bombası və ya onlarla qanadlı raket daşıya bilir.

Bildirilir ki, bombardmançı Böyük Britaniyadakı hərbi aviabazadan havaya qalxıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) B-1 bombardmançısından istifadə olunduğunu rəsmi şəkildə təsdiqləməsə də, İran ərazisinə yeni zərbələrin endirildiyini açıqlayıb.


Mənbə: bizim.media