İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı –

ABŞ-nin İordaniya və Bəhreyndəki hərbi bazaları İranın pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

IRIB-yə istinadən xəbər verilir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

"Dronlar vasitəsilə Bəhreyndəki "Şeyx İsa" bazasında Amerika ordusunun qüvvələrinə aid yanacaq çənləri, anbarlar və böyük avadanlıq anqarları ilə yanaşı, yerləşmə məntəqələrinə zərbələr endirilib", - SEPAH-dan vurğulanıb və əlavə edilib ki, Amerika ordusunun İordaniyadakı "Əl-Əzraq" bazası da PUA hücumuna məruz qalıb.


Sözügedən bazadakı aerodrom, təyyarələrin təmiri, texniki xidmət anqarı və yerləşmə məntəqələri vurulub:

"İranın qanuni maraqlarına qarşı yönəlmiş istənilən addım regionun digər ölkələrinin də təhlükəsizlik və iqtisadi üstünlüklərdən məhrum olması ilə nəticələnəcək".

Qeyd edək ki, İranın hücumları ABŞ-ın bu gecəki 13-cü zərbə dalğasına cavab olaraq həyata keçirilib.


Mənbə: bizim.media