İrandan GÜC NÜMAYİŞİ: Vurulan ABŞ və İsrail texnikaları göstərildi - FOTO - VİDEO

İrandan GÜC NÜMAYİŞİ: Vurulan ABŞ və İsrail texnikaları göstərildi - FOTO - VİDEO

İran hava hücumundan müdafiə bölmələri hərbi əməliyyatlar zamanı vurulan döyüş texnikasını nümayiş etdiriblər.

"Azad İran" "Telegram" kanalına istinadən xəbər verilir ki, nümayiş etdirilən texnikalar arasında martın 4-də vurularaq ələ keçirilən, 923 seriya nömrəli, zədələnməmiş "Hermes 900" pilotsuz uçuş aparatı da olub.

Bundan başqa, görüntülərdə "F-15E Strike Eagle" qırıcı-bombardmançı təyyarəsinin, "MQ-9 Reaper" və "MQ-1C Gray Eagle" pilotsuz uçuş aparatlarının, BƏƏ istehsalı olan "Yabhon H" kamikadze dronlarının, eləcə də "AGM-158 JASSM" qanadlı raketlərinin qalıqları nümayiş etdirilib.

Onların arasında LUCAS kamikadze dronlarında quraşdırılmış "Starlink" terminalları da nümayiş olunub.

Mənbə: oxu.az