Atları kamuflyaj edib, kəşfiyyatçı kimi sınaqdan keçirdilər

Atları kamuflyaj edib, kəşfiyyatçı kimi sınaqdan keçirdilər

Britaniya Ordusu müasir döyüş şəraitində atlardan istifadə imkanlarını sınaqdan keçirir.

Bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Bildirilib ki, Hempşirdə yerləşən Lonqmur Təlim Meydanında keçirilən hərbi təlimlər zamanı Ev Süvari Alayının hərbçiləri kamuflyaj edilmiş atlarla məşqlər aparıblar.

Böyük Britaniya Müdafiə Nazirliyi təlimləri təsdiqləyərək bildirib ki, hərbçilər müttəfiq ölkələrin təcrübəsindən yararlanaraq atlı kəşfiyyat, çətin ərazilərdə hərəkət, kamuflyaj, təchizat və atlara qulluq imkanlarını araşdırırlar.

Mənbə: bizim.media