İsrail ordusu Livanın cənubundakı Hadasa və Haris yaşayış məntəqələri arasındakı əraziyə, həmçinin Nəbatiyə bölgəsində yerləşən Əli ət-Tahir yüksəkliklərinə intensiv artilleriya zərbələri endirib.
Bu barədə Livanın Al-Wataniya informasiya agentliyi məlumat yayıb.
Bundan əlavə, İsrail hərbi təyyarələri ölkənin cənubundakı Əl-Mənsuri yaşayış məntəqəsinə də hava zərbələri endirib.
Mənbə: bizim.media