Çin hərbi tədqiqatçıları 2045-ci ildən sonra təqdim oluna biləcək nüvə mühərrikli döyüş tankı konsepsiyasını açıqlayıblar.
"South China Morning Post" nəşrinə istinadən xəbər verilir ki, layihə 10 meqavatlıq kiçik modul reaktor və hədəfləri 450 kilometr məsafədən vura bilən, 50 meqajoul gücündə elektromaqnit rels topu ilə təchiz olunan 60 tonluq zirehli maşının yaradılmasını nəzərdə tutur.
Üç mərhələdən ibarət layihənin sonuncu mərhələsində tamamilə nüvə enerjisi ilə işləyən sistemin tətbiqi hədəflənir. Lakin hərbi ekspertlər reaktorun çəkisi, qabaritləri baxımından belə texnologiyanın praktiki məqsədəuyğunluğunu şübhə altına alırlar.
Mənbə: bizim.media