Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyin təmin olunması istiqamətində əldə etdiyi irəliləyiş nəzərə alınaraq, baza razılaşdırılmış mexanizm və vaxt cədvəlinə uyğun şəkildə mərhələli olaraq İraq hakimiyyətinə təhvil veriləcək.
Mənbə: apa.az