Rusiya qüvvələri Donetsk istiqamətində irəliləyib

Rusiya qüvvələri Donetsk istiqamətində irəliləyib

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətində Pokrovsk istiqamətində irəliləyib.

UNIAN-a istinadən xəbər verilir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb.

Analitiklərin məlumatına görə, Rusiya qüvvələrinin Pokrovsk rayonunun Kotlino yaşayış məntəqəsi yaxınlığında irəliləyişi qeydə alınıb. “DeepState” döyüş xəritəsini yeniləyərək sözügedən ərazidə baş verən dəyişiklikləri göstərib.

Qeyd edək ki, Pokrovsk istiqaməti Donetsk vilayətində intensiv döyüşlərin davam etdiyi əsas cəbhə sahələrindən biridir. Rusiya qüvvələrinin Kotlino ətrafında irəliləyişi barədə məlumat oktyabrın 3-də açıqlanıb.

Mənbə: apa.az