ABŞ-nin İraqın Ərbil mühafəzəsindəki (paytaxt Bağdaddan 425 km) hərbi bazası kamikadze dronların hücumuna uğrayıb.
Xarici mediaya istinadən xəbər verilir ki, həmlənin amerikalılar arasında tələfata yol açıb-açmadığını dəqiqləşdirməyib.
Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” hərəkatı götürüb. Onlar daha əvvəl Qəzza zolağında humanitar barışın pozulmasından sonra ABŞ-nin hərbi bazalarına qarşı əməliyyatları bərpa etdiklərini elan etmişdilər.
Mənbə: azsabah.com