Hələ Ermənistanla sülh müqaviləsi imzalanmayıb. Azərbaycan hazırda qonşu dövlətlərlə sərhəd təhlükəsizliyini, ərazilərinin mühafizəsini təmin etmək üçün ordu sıralarını genişləndirir, orduya ayrılan vəsaitləri artırır. Belə olan halda hərbi xidmət keçməklə bağlı alternativ modelin tətbiq edilməsi və yaxud da xidmət müddətinin azaldılması, hansısa kateqoriya gənclərin ödəniş qarşılığında hərbi xidmətdən azad edilməsi barədə səslənən fikirlərin məntiqi əsası yoxdur".
Bunu çıqlamasında hərbi ekspert Ədalət Verdiyev son vaxtlar alternativ hərbi xidmətə keçidlə bağlı təklifləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, hərbi xidmət modeli və onun müddəti ilə bağlı təklif səsləndirənlər regionda və dünyada baş verənləri, 2000 km-lik sərhədlərimizin etibarlı müdafiəsini mütləq nəzərə almalıdırlar. Bizim üçün dövlət təhlükəsizliyi məsələsi əsas prioritetdir.
Ekspert qeyd edib ki, hazırda hərbi xidmət heç bir halda Azərbaycanda gənclərin təhsilinə mane olmur:
"Həm bakalavr həm də agistratura pilləsinə qəbul olan gənclər təhsillərini başa vuranadək hərbi xidmətdən möhlət hüququ alırlar. Doktoranturaya qəbul olunanlar isə ümumiyyətlə, hərbi xidmətdən azad edilirlər. Qanunvericiliyə əsasən, hazırda hərbi xidmət heç bir halda Azərbaycanda gənclərin təhsilinə mane olmur”.
Mənbə: www.bakupost.az