Rus qoşunları daha bir kəndi işğal etdi

Rus qoşunları daha bir kəndi işğal etdi

Rus qoşunları Donetsk vilayətinin Pervomayskoe kəndinə girərək kəndin 40%-ni işğal ediblər.

Bunu "Bild" nəşrinin açıq məlumatların təhlili üzrə ekspert Yulian Röpke deyib.

"Rusiya qüvvələri Pervomayskidə irəliləməyə davam edir. Hazırda Donetskin qərbindəki kiçik kəndin (əvvəllər 2200 əhalisi olan) təxminən 40%-nə nəzarət edirlər",- o bildirib.

Mənbə: axar.az