Türkiyə PKK-ya qarşı böyük əməliyyata hazırlaşır

Türkiyə PKK-ya qarşı böyük əməliyyata hazırlaşır

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularına qarşı genişmiqyaslı quru hərbi əməliyyata hazırlaşır.

Bunu Türkiyənin “Hürriyət” qəzetinin yazarı Əbdülqədir Selvi yazıb.

“Pəncə-Kilid” əməliyyat bölgəsində genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək. Əməliyyatdan əvvəl İraqın mərkəzi administrasiyası və Bərzani ailəsinin nəzarətində olan Ərbillə razılıq əldə edilib.

Onun sözlərinə görə, Ankara bu əməliyyatla İraqla olan 378 km-lik sərhədini tamamilə terrorçulardan təmizləmək istəyir.

Mənbə: axar.az