Məşhur serialda Türkiyənin ilk qırıcısı nümayiş olundu

Məşhur serialda Türkiyənin ilk qırıcısı nümayiş olundu

İlk prototipi 2024-cü ilin fevralında təqdim edilən Türkiyənin milli beşinci nəsil qırıcısı "KAAN" məşhur “TEŞKİLAT” (“Təşkilat”) serialında çəkilib.

Bu barədə ölkə KİV-i məlumat yayıb.

Süjetdə xarici kəşfiyyat xidmətlərinin əməliyyatları səbəbindən qırıcının ilk uçuşunun təxirə salınması variantı müzakirə edilir. Bundan əlavə, tamaşaçılara respublikanın hərbi sahədəki nailiyyətləri haqqında məlumat verilir.

Xüsusilə, epizodlarda paytaxtın anqarlarından birində yerləşən təyyarə nümayiş etdirilib.

Xatırladaq ki, Türkiyənin "KAAN" milli hərbi təyyarəsi fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib. Bununla da Türkiyə 5-ci nəsil döyüş təyyarələri istehsal edən ölkələr arasında yerini alıb.

Hüseyn İbadlı

Mənbə: publika.az