Qəzza zolağında HƏMAS əməliyyatlarının rəhbəri ÖLDÜRÜLÜB

Qəzza zolağında HƏMAS əməliyyatlarının rəhbəri

İsrail ordusu ilə Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə əməliyyatı zamanı HƏMAS-ın daxili təhlükəsizlik əməliyyatları departamentinin rəhbəri Faak Məbuh Qəzza zolağındakı Əl-Şəfa xəstəxanasında məhv edilib.

Bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu HƏMAS-ın yüksək rütbəli üzvlərinin xəstəxanada olması ilə bağlı kəşfiyyat məlumatlarını aldıqdan sonra ötən gecə yuxarıda qeyd olunan əməliyyata başlayıb.
Nəticədə təşkilatın silahlıları da daxil olmaqla 60-dan çox adam saxlanılıb.

O, sektorda təşkilatın fəaliyyətinin koordinasiyasına cavabdeh olub.

Mənbə: bizim.media