Qazaxın kəndlərinə girən daha 24 erməni saxlanıldı

Qazaxın kəndlərinə girən daha 24 erməni saxlanıldı

Xəbər verdiyimiz kimi, Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilmişdi. Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı barədə məlumatlar yayılmışdı.

Bundan əlavə Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə qanunsuz olaraq girən daha 24 nəfər saxlanılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin əməkdaşı Zarzand Qabrielyan məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər qanunsuz silah və döyüş sursatı gəzdirmək və saxlamaqda şübhəli bilinərək saxlanılıb və Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.

Mənbə: axar.az