Rusiya Xarkovu PUA-larla vurdu: ölənlər var - FOTO

Rusiya Xarkovu PUA-larla vurdu: ölənlər var -

Rusiya pilotsuz təyyarəsinin bu gün səhər Xarkovda yaşayış binalarına endirdiyi zərbə nəticəsində beş nəfər ölüb.

Bu barədə Xarkov meri İqor Terexov öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hücumlardan birinin yerinə ikinci zərbə endirilən zaman azı 3 xilasedici həlak olub. Hadisə nəticəsində beş nəfər yaralanıb.

Terexov bildirib ki, daha bir nəfər şəhərin başqa bir rayonunda şəxsi evlərə edilən hücumlar nəticəsində həlak olub.

Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, şəhər boyu azı dörd zərbə endirilib və bir yaşayış binasının yuxarı mərtəbələri zədələnib. O, üç nəfərin xəstəxanada olduğunu, birinin vəziyyətinin ağır olduğunu bildirib.

Terexov bildirib ki, zərbələrdən biri yanğına səbəb olub, digər binanın bir hissəsi dağılıb.

Mənbə: publika.az