Ukraynanın gəncləri orduya cəlb etmək üçün YENİ PLANI

Ukraynanın gəncləri orduya cəlb etmək üçün

Ukrayna Prezidentinin İşlər İdarəsi 18 yaşdan 25 yaşadək kişilərin hərbi xidmətə çağırılması ilə bağlı qanunvericiliyə və prezidentin fərmanlarına dəyişikliklər təklif etməyi planlaşdırır.

Bu barədə UNİAN məlumat yayıb.

Dəyişikliyə əsasən, 18-25 yaş arası kişilər üçün könüllü müqavilə əsasında xidmətkeçmənin rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu, yalnız səfərbərliyə tabe olmayan 18-25 yaş arası kişilər üçün könüllü müqavilədir.

Layihə çərçivəsində könüllü olaraq orduya qoşulmaq istəyən gənclərin maddi stimullarla həvəsləndirilməsi planlaşdırılır.

Təkliflərə Ali Baş Komandanlıq Qərargahında baxıla bilər.

Mənbə: bizim.media