“Bir Cənubi Qafqaz ölkəsi üçün qumbaraatanların iki modifikasiyası üçün hökumət sifarişi almışıq”.
Bizim.Media “Indian Defence Updates” YouTube kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı Hindistanın “Munitions İndia Limited” silah şirkətinin sədri yayıb.
Sifarişçi ölkənin adı açıqlanmasa da, bunun böyük ehtimalla Ermənistanla bağlı olduğu vurğulanır.
Eyni zamanda Hindistanın digər silah şirkəti Bharat Forge bu ilin birinci rübündə müdafiə silahlarının rekord satışını, o cümlədən MArG özüyeriyən haubitsalarının, eləcə də ATAGS haubitsalarının Ermənistana tədarükü barədə məlumat verib.
Qeyd olunur ki, sifarişin birinci yarısının çatdırılması artıq başa çatıb.
Mənbə: bizim.media