Suriyanın Hələb Beynəlxalq Hava Limanı raket hücumuna məruz qalıb.
“Qafqazinfo” “SANA” agentliyinə istinadən xəbər verir ki, nəticədə aeroport sıradan çıxıb.
Bildirilir ki, hücum zamanı hava limanının eniş-uçuş zolağına zərər dəyib və maddi ziyan vurulub.
Suriya Müdafiə Nazirliyinin yaydığı məlumatda hücumun Aralıq dənizi tərəfdən İsrail Hərbi Hava Qüvvələri tərəfindən edildiyi iddia olunub.
Mənbə: qafqazinfo.az