Ukrayna ordusu bu istiqamətdə ciddi uğur qazandı

Ukrayna ordusu bu istiqamətdə ciddi uğur qazandı

Ukrayna ordusu cənub cəbhəsində, Verbove istiqamətində ciddi uğur qazanıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının spikeri Andrey Kovalyov məlumat verib.

“Hücum Novodanilovka-Verbove istiqamətində uğurlu oldu, hərbçilərimiz əldə olunan xətlərdə möhkəmləndilər”, - Kovalyov bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunları Melitolpol istiqamətində hücum əməliyyatlarını davam etdirirlər.

Mənbə: axar.az