Hindistanla Pakistan arasında gərginlik yenidən silahlı qarşıdurmaya çevrilib.
“Clash Report”a istinadla xəbər verilir ki, döyüşlər iki ölkə arasındakı beynəlxalq sərhəddə – Cammu bölgəsində baş verib.
Qeyd olunur ki, qarşıdurma adətən insidentlərin müşahidə edildiyi təmas xətti boyunca deyil, birbaşa dövlət sərhədində qeydə alınıb.
Hazırda tərəflərdən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib, lakin bölgədə vəziyyətin daha da gərginləşəcəyi ehtimal olunur.
Mənbə: globalinfo.az