Sosial şəbəkədə pilotsuz təyyarənin Moskvaya doğru uçduğu anı əks etdirən video yayılıb.
Publika.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Kadrlarda dron uçuşu üçün xarakterik olan vızıltı səsi eşidilir.
Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarınını (Hava Hücumundan Müdafiə) məlumatında bildirilir ki, cümə günü, sentyabrın 1-də vilayətin Lyubertsı rayonunda Moskvaya doğru hərəkət edən pilotsuz uçan aparat məhv edilib.
Şəhərin meri Sergey Sobyaninin sözlərinə görə, xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Müdafiə Nazirliyi hadisəni terror aktı cəhdi adlandırıb.
Mənbə: publika.az