ABŞ NATO-nu tərk edir? - Açıqlama

ABŞ NATO-nu tərk edir? -

NATO Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqonun sədrliyi ilə iclas keçirilib.

NATO-nun Brüsseldəki qərargahında keçirilən toplantıdan sonra admiral Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyasının alyansı tərk edəcəyi ilə bağlı iddialardan danışıb. O bildirib ki, ABŞ-nin NATO-dan çıxmaq istədiyinə dair heç bir həmlə yoxdur. Admiralın sözlərinə görə, o vəzifəsinin icrasına başladıqdan sonra daha güclü NATO-nun olduğunu müşahidə edib.

“Ukraynadakı müharibədən gələn həyəcan siqnalı və ABŞ administrasiyasının hamımıza daha çox yükü bölüşdürmək çağırışı cavabsız qalmadı” deyən Cüzeppe Kavo Draqon, davam edən təhlükəsizlik məsələlərinə və qlobal miqyasda geosiyasi qeyri-sabitliyə diqqət çəkib.

Mənbə: metbuat.az