Mi-8 helikopterini Ukraynaya aparan rusiyalı pilot Maksim Kuzminov ölən tanışları və “refunik” pilotlarının taleyindən danışıb.
Bizimxeber.az bildirir ki, O, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində tanışları arasından 15-20 nəfər həlak olduğunu deyib.
Pilot onu da əlavə edib ki, Rusiyanın çoxlu helikopteri və təyyarəsi var. Söhbət yüzlərlə təyyarə və helikopterdən gedir.
Kuzminov qeyd edib ki, kadrlarla təminat zəifdir.
Pilotlar arasında narazıların olub-olmadığını soruşduqda, Kuzminov belə cavab verib: "Əlbəttə, var. Onlar bu barədə heç kimə demirlər. Üsyan olanda (Priqojin üsyanı) və uçuş əmri gələndə, uçmaqdan imtina edən oğlanlar var idi. Yarım saatdan sonra maşın gəldi, əllərini qandallayıb harasa apardılar”.
Mənbə: bizimxeber.az