Slovakiyanın Müdafiə Nazirliyi ölkənin kasetli sursat ehtiyatlarını ləğv etdiyini açıqlayıb. Onlar sentyabrın 1-nə qədər tamamilə məhv edilib.
Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.
Beləliklə, Slovakiya Kassetli Silahlar haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərini yerinə yetirmiş olub. Onların məhv edilməsi son 10 ildə həyata keçirilib.
Nazirliyin məlumatına görə, söhbət yüzminlərlə aviabomba və artilleriya mərmisindən gedir.
Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Departamentinin baş direktoru Yan Mozola jurnalistlərə bildirib ki, kasetli sursatların məhv edilməsi ilə bağlı 10 il əvvəl ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək Slovakiya üçün prioritet olub.
Mənbə: report.az