“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur”.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) bildirilib.
“Bu, dezinformasiya xarakteri daşıyır. Əsassız iddianı qəti surətdə təkzib edirik”, - MN-in məlumatında vurğulanıb.
Mənbə: qafqazinfo.az