Avstriya millisinin futbolçusu David Alaba Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.
"Report" xəbər verir ki, "Real Madrid"də çıxış edən 31 yaşlı müdafiəçi İspaniya La Liqasının VII turunda "Las Palmas"a 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnib.
Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Alabanın sentyabrın 30-da, VIII turda "Jirona" ilə qarşılaşmada iştirak etməyəcəyini söyləyib.
Onun sonrakı durumu tibbi müayinələrdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan - Avstriya görüşü saat 20:00-da başlayacaq. Daha əvvəl Marko Arnautoviçin bu matçı buraxacağı dəqiqləşib.
Mənbə: report.az