“Neftçi”də daha bir təyinat reallaşıb.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın mətbuat katibi müəyyənləşib.
Bu vəzifəyə Emin Əfəndi təyin edilib.
45 yaşlı Emin Əfəndi müxtəlif illərdə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. O, 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub.
Qeyd edək ki, iki gün əvvəl “Neftçi”nin yeni strukturu təsdiqlənib. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.
Mənbə: report.az