Futbolçumuz Albaniyada qol vurdu, əsgər salamı verdi – VİDEO

Futbolçumuz Albaniyada qol vurdu, əsgər salamı verdi –

"Eqnatiya"nın formasını geyinən Vüsal İsgəndərli Albaniya çempionatında növbəti oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, İsgəndərlinin komandası "Vlajnia" ilə üz-üzə gəlib və matç "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Vüsal 49-cü dəqiqədə komandasının ikinci qolunu vurub. O, 85-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Eqnatiya" 6 turdan sonra 13 xalla liderdir.

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media