“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol tarixində mindən çox məğlubiyyətsiz oyun keçirən ilk futbolçu olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Asiya Çempionlar Liqasında “Persepolis”ə qarşı matç (2:0) 38 yaşlı forvardın karyerasında 1000-ci məğlubiyyətsiz görüşü olub. Bundan sonra futbolçu Səudiyyə Ərəbistanı çempionatında komandasına “Əl-Əhli”ni məğlub etməkdə (4:3) köməklik edib.
Ümumilikdə Ronaldonun hesabında 777 qələbə, 224 heç-heçə və 182 məğlubiyyət var. 1001 məğlubiyyətsiz oyunun 21-i “Sportinq”də, 284-ü “Mançester Yunayted”də, 386-sı “Real"da, 114-ü “Yuventus”da, 27-si “Əl Nəsr”də və 168-i Portuqaliya millisində oynayarkən olub.
Mənbə: yenisabah.az