"Mançester Yunayted" klubunun futbolçusu Antoni komanda ilə məşqlərə qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.
Bilrilib ki, klub zorakılıq hallarını pisləyir və bu məsələylə bağlı polislə əməkdaşlığı davam etdirəcək.
Qeyd edək ki, 23 yaşlı vinger keçmiş 2022-ci ildə keçmiş sevgilisi Qabriela Kavalyini döyməkdə ittiham olunur.
Antoni daha əvvəl məşqlərdən kənarlaşdırılmışdı. O, sentyabrda eyni səbəbdən Braziliya millisindən də uzaqlaşdırılıb.
Mənbə: publika.az