“Şəfa” baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub.
Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.
Mənbə: bizim.media