Dünya Kubokunda Ebola əngəli - Yoldaşlıq oyunu ləğv edildi

Dünya Kubokunda Ebola əngəli - Yoldaşlıq oyunu ləğv edildi

Ebola qızdırması səbəbindən 2026-cı il dünya çempionatının iştirakçı ölkələri arasında keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ləğv edilib.

Bu barədə BBC məlumat yayıb.

Belə bir qərar iyunun 9-da matçın keçirilməli olduğu La-Lineа-de-la-Konsepsion şəhərinin meri Xuan Franko tərəfindən qəbul edilib. Hazırda komandalar oyun üçün yeni məkan axtarırlar.

Daha əvvəl Konqo yığması Ebola epidemiyası səbəbindən dünya çempionatına hazırlığı dayandırmışdı. Komanda çempionatda K qrupunda Portuqaliya, Kolumbiya və Özbəkistan yığmaları ilə mübarizə aparacaq.

Hüseyn İbadlı

Mənbə: publika.az