Andre Onana “Trabzonspor”da icarə əsasında oynadıqdan sonra “Mançester Yunayted”ə qayıdıb və mövsümə “qırmızı şeytanlar”la hazırlaşacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Türkiyə klubunun oyunçu ilə tərəfdaşlığını davam etdirməkdə maraqlı olduğu və 2027-ci ilin yayına qədər yeni icarə müqaviləsi bağlamağı düşündüyü bildirilir. Klubların mümkün bir razılaşmanı müzakirə edəcəyi gözlənilir.
29 yaşlı qapıçı sentyabr ayından bəri “Trabzonspor”da oynayır. Onana ötən mövsüm 33 oyunda 6 dəfə qapısını toxunulmaz saxlayıb. “Transfermarkt”dakı məlumata görə, onun hazırkı bazar dəyəri 10 milyon avrodur.
Mənbə: publika.az