“Bavariya” Serjinyo Desti almaq istəyir

“Bavariya” Serjinyo Desti almaq istəyir

Almaniyanın “Bavariya” klubu Niderlandın PSV komandasının və ABŞ yığmasının müdafiəçisi Serjinyo Desti transfer etmək niyyətindədir.

Futbolçunun transferi təxminən 25 milyon avroya baş tuta bilər.

Oyunçu 2024-cü ilin iyulundan PSV-də çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Serjinyo Dest 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.

Mənbə: qafqazinfo.az