“Sabah” Çempionlar Liqasına bu ölkədə HAZIRLAŞACAQ

“Sabah” Çempionlar Liqasına bu ölkədə

“Sabah”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Klubun mətbuat xidmətinə istinadən xəbər verilir ki, Azərbaycan çempionu yay təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanışı iyulun 3-dək davam edəcək.


Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Mənbə: bizim.media