DÇ-2026-nın təşkilatçıları turnirin başlamasından iki gün əvvəl İranın azarkeşlər üçün bilet kvotasını ləğv ediblər.
Bu barədə İran Futbol Federasiyası məlumat verib.
“Reuters” agentliyinin dərc etdiyi açıqlamada bildirilir:
“Artıq ABŞ-a səfərlərini sifariş etmiş azarkeşlər milli komandanın oyunlarına qatıla bilməyəcəklər. Bu, bir çox iranlı azarkeşin rəsmi olaraq elan edilmiş prosedura əsaslanaraq matçlara qatılmaq üçün lazımi planlar qurmasına baxmayaraq baş verir".
İran millisi qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq.
Mənbə: publika.az