İran hər oyundan sonra ABŞ-ni tərk edəcək?

İran hər oyundan sonra ABŞ-ni tərk edəcək?

İran millisinin nümayəndə heyətinin dörd üzvü ABŞ-yə giriş üçün viza ala bilməmələri ilə bağlı qərardan verdikləri şikayəti udublar.

BBC-yə istinadən verilən məlumata görə, viza əldə edənlər arasında komandanın texniki heyətində çalışan analitik və İran Futbol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin iki əməkdaşı da yer alıb.

Buna baxmayaraq, yığmanın daha 11 nümayəndəsinin viza problemi davam edir. Həmin şəxslər komandanın düşərgəsinin yerləşdiyi Meksikaya gəldikdən sonra ABŞ-yə giriş icazəsi üçün yenidən müraciət ediblər.

Məlumata əsasən, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac da daxil olmaqla altı nəfərin müraciətinə yenidən mənfi cavab verilib.

İran millisi dünya çempionatı çərçivəsində üç görüşünü ABŞ-də keçirəcək. Lakin viza məhdudiyyətlərinə görə komanda hər oyundan sonra ölkəni tərk etməli olacaq.

Əvvəlcədən yığmanın hazırlıq düşərgəsinin ABŞ-nin Arizona ştatında yerləşməsi nəzərdə tutulsa da, Vaşinqton və Tehran arasında gərginliyin artması, həmçinin təhlükəsizlik məsələləri səbəbindən İran tərəfi bazanın Meksikaya köçürülməsi üçün FIFA-ya müraciət edib.

Qrup mərhələsində İran yığması iyunun 15-də İnqlvudda Yeni Zelandiya, iyunun 21-də Belçika, iyunun 26-da isə Sietldə Misir millisi ilə üz-üzə gələcək.

Mənbə: news.milli.az