Millimizin üzvü Türkiyə klubuna keçir?

Millimizin üzvü Türkiyə klubuna keçir?

Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirə bilər.

"Vanspor" azərbaycanlı futbolçunu heyətinə qatmaq istəyir.

I Liqa klubu 30 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Vüsal İsgəndərli 2025-ci ilin yayından "Partizani"də çıxış edir.

Azərbaycan milli komandasının üzvü son mövsümdə Albaniya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: bizim.media