DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Futbol üzrə dünya çempionatının Niderland – İsveç oyunu başa çatıb.


Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb – 5:1.
Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar. Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.


Beləliklə Niderland 4 xalla ilk pilləyə yüksəlib.

Mənbə: yenixeber.az