Qurban Qurbanov Elvini bağışladı

Qurban Qurbanov Elvini bağışladı

“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

Başa çatan mövsümün sonlarına yaxın Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmiş Elvin Cəfərquliyev də kollektivdə yer alıb.

O, kollektivlə Avstriya toplanışına yollanıb.

“Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.

Azərbaycan klubunun rəqibləri “Xarkov” və “Ferentsvaroş”dur. Digər rəqib isə hələ bəlli deyil.

Mənbə: publika.az