Mundialın ən gərgin turu: 6 oyunla start verilir

Mundialın ən gərgin turu: 6 oyunla start verilir

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin sonuncu - üçüncü turunun oyunlarına start verilir.

Növbəti iki gündə keçiriləcək qarşılaşmalar pley-off mərhələsinə vəsiqə qazanacaq komandaların müəyyənləşməsində həlledici rol oynayacaq. Azarkeşləri gərgin mübarizə və maraqlı oyunlar gözləyir.

Oyun cədvəli

24 iyun

B qrupu

  • 23:00. İsveçrə - Kanada
  • 23:00. Bosniya və Herseqovina - Qətər

25 iyun

C qrupu

  • 02:00. Şotlandiya - Braziliya
  • 02:00. Mərakeş - Haiti

A qrupu

  • 05:00. Çexiya - Meksika
  • 05:00. CAR - Cənubi Koreya

Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da keçiriləcək və turnirə həmin gün yekun vurulacaq.

Mənbə: news.milli.az