Didye Deşam dünya çempionatları tarixinin ən çox qələbə qazanan baş məşqçisi olub

Didye Deşam dünya çempionatları tarixinin ən çox qələbə qazanan baş məşqçisi olub

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatları tarixində yeni rekorda imza atıb.

57 yaşlı mütəxəssis mundialların final mərhələlərində qazandığı qələbələrin sayını 17-yə çatdıraraq bu göstəricidə bütün həmkarlarını geridə qoyub.

Bu göstərici Fransa yığmasının DÇ-2026-nın 1/16 final mərhələsində İsveçi 3:0 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb. Deşam bununla 1956-1978-ci illərdə Almaniya millisini çalışdırmış Helmut Şenin (16 qələbə) rekordunu yeniləyib.

Fransalı mütəxəssis bu rekordu qrup mərhələsinin Norveçlə oyununda (4:1) da yeniləyə bilərdi. Lakin anasının vəfatı səbəbindən həmin görüşdə texniki zonada yer almayıb.

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının, həmçinin 2020/2021-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.

Fransızlar iyulun 5-də dünya çempionatının 1/8 final mərhələsində Paraqvay yığması ilə qarşılaşacaq.

Mənbə: azertag.az