Bu məlumatlar Peşəkar Futbol Liqasının rəsmi hesabatında öz əksini tapıb.
Təqdim olunan rəqəmlərə əsasən, sonuncu - 2025/26 mövsümündə baş tutan 198 qarşılaşmanı ümumilikdə 285 778 tamaşaçı tribunalardan canlı izləyib. Bu isə hər oyuna orta hesabla 1 443 futbol həvəskarının gəlməsi deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2024/25 mövsümündə keçirilmiş 180 oyunda stadionlara 275 933 nəfər toplaşıb və bu dövr üçün orta göstərici 1 533 kimi rəsmiləşdirilib.
2023/24 mövsümünün mənzərəsi də buna yaxın olub: həmin vaxt təşkil edilən 180 matçı 276 487 tamaşaçı izləyərək hər oyuna orta hesabla 1 536 azarkeşlik bir göstərici formalaşdırıb.
Bir qədər də geriyə, 2022/23 mövsümünə nəzər salsaq, oynanılan 180 qarşılaşmada 261 564 tamaşaçının iştirak etdiyini və orta göstəricinin 1 453-ə bərabər olduğunu görərik.
Son beşillik dövrün ən aşağı göstəricisi isə 2021/22-ci illərə təsadüf edir. Belə ki, cəmi 112 oyunun keçirildiyi həmin dövrdə tribunalara ümumilikdə 89 010 tamaşaçı gəlib və hər matç üçün orta hesab, sadəcə, 795 azarkeş təşkil edib.
Mənbə: oxu.az