İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali karyerasını "Tottenhem"də davam etdirəcək.
London təmsilçisi futbolçunun transferi ilə bağlı "Nyukasl"la razılıq əldə edib. Məlumata görə, transferin dəyəri 117 milyon avrodur.
Sandro Tonali 2023-cü ilin yayında "Milan"dan 70 milyon avro qarşılığında "Nyukasl"a keçmişdi. 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: unikal.az