FİFA-dan dünya çempionatı ilə bağlı radikal qərar

FİFA-dan dünya çempionatı ilə bağlı radikal qərar

FİFA rəhbərliyi dünya çempionatı ilə bağlı radikal qərar qəbul etməyə hazırlaşır.

​FIFA gələcək dünya çempionatları qış aylarında təşkil etməyi planlaşdırır.

​Ali futbol qurumu yay aylarında hökm sürən anomal istilər səbəbindən yaranan problemlərin yenidən təkrarlanmasını istəmir. Artıq Səudiyyə Ərəbistanında keçiriləcək "DÇ-2034"ün qış aylarında baş tutacağı dəqiqləşib.

​Təşkilat bu təcrübəni ənənəyə çevirmək niyyətindədir. Belə ki, 2038-ci il dünya çempionatı və ondan sonrakı turnirlərin də məhz qış aylarında keçirilməsi planlaşdırılır. Bu qərarın qəbul ediləcəyi təqdirdə, daxili çempionatların və Avropa kuboklarının təqvmində ciddi dəyişikliklər qaçılmaz olacaq. (Offsideplus.az)

Mənbə: news.milli.az