Futbol üzrə dünya çempionatında Portuqaliya Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb.
Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.
Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geri dönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-p.) və Qansalu Ramuş (90+4) fərqləniblər.
Portuqaliya millisinin 1/8 finaldakı rəqibi İspaniya olacaq.
Mənbə: bizim.media